YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin birinci yarısında ölkədə 3364 müəssisə yaradılıb

2015-ci ilin yanvar-iyun aylarında ölkədə 3364 müəssisə yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni müəssisələrin 51,8 faizi Bakıda, 13,9 faizi Lənkəran, 12,2 faizi Aran, 6,6 faizi Abşeron, 6,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. 
Bundan əlavə, 2015-ci ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37468 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.