Xəbərlər
Xalq qələbələrimizin qarantı cənab İlham Əliyevi dəstəkləyir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Əli Nurzadə, İzzət Rüstəmov, Həsən Quliyev və İradə Hüseynova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyini təsdiq edir. Növbəti 7 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq.
Çıxışların sonunda fevralın 7-də uğurlarımızın və zəfərlərimizin davamı üçün cənab İlham Əliyevə səs verilməsinin zəruriliyi vurğulanıb, bu istiqamətdə çağırışlar edilib.
Qeyd edək ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Zahid Xəlilov küçəsi.111” və “Nəriman Nərimanov prospekti.57/24” ünvanlarında yaşayan seçicilərlə görüş keçirilib.