YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Sahibkarlığın inkişafı prioritet əhəmiyyət daşıyır

«Sahibkarlığın inkişafı prioritet əhəmiyyət daşıyır. Bu sahədə təkmil qanunvericilik bazasının yaradılıb, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılıb». Bu fikirləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, hazırda sənaye parkları və məhəllələrinin yaradılması işi davam etdirilir. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq ötən il sahibkarlıq subyektlərinin sayı 614 mini keçib, özəl sektorun ÜDM-də payı 81,9% təşkil edib.

 «Sahibkarlığın inkişafının sürətləndirilməsinə daha geniş imkanların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının əsas istiqamətlərindəndir. Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2014-cü il “Sənaye ili” elan olunub, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə edilən uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci və artıq 6 ildir ki, MDB ölkələri arasında liderdir. Əsas kredit reytinq agentlikləri – “Fitch Ratings”, “Standart & Poor's” və “Moody's” Azərbaycanın suveren reytinqini investisiya reytinqi səviyyəsində saxlayıblar»- deyə, nazir vurğulayıb.