YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Əliyev: Dövlət regional mətbuatın inkişafına dəstəyini davam etdirəcək

«Azərbaycan  Prezidenti İlham Əliyevin milli mətbuatın 140 illiyi ilə bağlı verdiyi Sərəncama əsasən, tədbirlər planı təsdiq edilib. Tədbirlər planında paytaxt Bakı ilə yanaşı, regionlarda da müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub». Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib.

V.Əliyev bildirib ki, “Milli Mətbuatın 140 illiyi: əldə edilmiş nailyyətlər və perspektivlər" mövzusunda regional konfranslar keçirilir ki, artıq həmin konfransların bir neçəsi yekunlaşıb.

«Belə ki, Zərdab, Gəncə və Qəbələdə tədbirlərimiz baş tutub və bu gün növbəti konfrans Masallıda keçirildi. Bundan başqa Naxçıvanda və Qubada tədbirlərin keçirilməsi nəzərdə tutulur. İyul ayının 20-si isə yekun tədbir keçiriləcək. Hesab edirəm ki, bu cür konfranslar regional və mərkəzi mətbuat arasında əlaqələrin yaranmasına, inkişafına, əldə edilən nailiyyətlər və problemləri haqqında yekun rəyin formalaşmasına öz töhvəsini verəcək. Dövlət regional mətbuatın inkişafına dəstəyini davam etdirəcək. Bu, həm də hakimiyyətlə mətbuat arasında əlaqələrin inkişafına mühüm imkanlar yaradacaq. Əlbəttə ki, gələcəkdə də bu cür tədbirlər davam etdiriləcək və dövlət region mətbuatına diqqət və qayğısını bundan sonra da davam etdirəcək»- deyə, V.Əliyev vurğulayıb. 

 

DİGƏR Xəbərlər Arxiv