YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əlaqələrimizin tarixində əlamətdar hadisə

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində bir çox ölkələrlə strateji müttəfiqlik münasibətləri yaranıb. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır, dostlarının sayı artmaqdadır. Cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri də bu baxımdan, ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsiə töhfə verəcək və əməkdaşlığımızda yeni-yeni uğurlara aparacaqdır.

Bu səfər ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalandı ki, bu sənədlər iki ölkə arasındaəlaqələrin daha da inkişaf etməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı vurğulatıb ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

Daha sonra, ölkə başçısı İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidinə Dağlıq Qarabağdakı qeyri-qanunu rejimin süquta uğratmasından danışdı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu böyütmüşdürlər. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır. Bizə heç bir müharibə lazım deyildi lakin, labüd oldu və biz qələbə qazandıq. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik.

DİGƏR Xəbərlər Arxiv