YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli suverenliyin simvolu

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Zəfər Gününü qeyd etdiyimiz ərəfədə həm də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük qürur hissi ilə keçirdik. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazilərimiz işğaldan azad edildikdən sonra həmin torpaqlarda ilk olaraq üçrəngli şanlı Azərbaycan bayrağını ucaldaraq dalğalandırıb.

Azərbaycan bayrağı haqqında Prezident İlham Əliyev qeyd etmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib”. Bu fikirlər Azərbaycan bayrağının xalq olaraq bizim üçün nə demək olduğunu müfəssəl şəkildə təsvir edir. Bayraq dövlətimizin, xalqımızın varlığını ifadə edir. Bayraq olan yerdə vətənimiz başlayır. Bayrağımızın altında birləşir, vətənimizin firavan gələcəyi naminə fədakar, vətənpərvər vətəndaş oluruq.

Prezident İlham Əliyev bayrağımızı işğaldan azad edilmiş torpaqlarda ucaldarkən yaddaşımıza Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü ilə 17 noyabr 1990-ci il tarixində Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın Dövlət Bayrağı olaraq təsdiq edilməsi gəlir. Hələ sovet imperiyasının əsarətindən çıxmayan Azərbaycanın tərkibindəki muxtar respublikada bayrağımızın qaldırılması ali siyasi iradənin təcəssümü idi. Ulu Öndər Heydər Əliyev bayrağımız haqqında söyləmişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Azərbaycan xalqı bu  üçrəngli bayraq altında birləşib ruhlanaraq dövlətimizin milli istiqlalını bərpa etdi və daha sonra işğala qalib gəldi. 

DİGƏR Xəbərlər Arxiv