YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəbərdarlıq mesajı

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

“8 noyabr tarixində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi və verilən mesaj mühüm əhəmiyyət kəsb edir. 2020–ci il 27-i senytyabrda başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi dövlətimizin tam Zəfəri ilə başa çatdı. 3 il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad olundu. Müharibənin bununla da son hədəfinə yaxınlaşıldı və bundan 1 gün sonra düşmən ordusu təslim oldu. Milli həmrəylik nəticəsində xalqımız bu tarixi zəfərə nail oldu”. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, Zəfər qəhrəmanlarımızın rəşadəti ilə bu tarixi əldə olundu: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb. Düşməni 44 gün ərzində döyüş meydanında məğlub edərək, şəhər və kəndlərimizi azad edərək əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərdi. Şuşa əməliyyatında bu xüsusda bir qəhrəmanlıq dastanı kimi zəfər salnaməmizdə mühüm önəm daşıyır. İgid  əsgərlərimiz qarşısında duruş gətirə bilməyən erməni əsgəri qaçaraq fərarilik etməklə döyüş meydanını tərk etdilər.  Əyilməz döyüş ruhuna sahib olan Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməyib. Elə bu müharibə reallığını isə Ermənistanın işğalçı mahiyyəti daha da yaxınlaşdırmışdı. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdı. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Buna baxmayaraq Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Ermənistan və onun havadarları sözsüz ki, reallığı vaxtında dəyərləndirsə, Azərbaycan torpaqlarını azad etsə idi, II Qarabağ müharibəsinə ehtiyac olmazdı”.

Tarixi Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi: “44 günlük müharibənin 2020-ci il 10 noyabr tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi. Ermənistan bu şərtləri yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini gördü. Müharibədə qələbə qazanmasına baxmayaraq Azərbaycan ordu quruculuğu prosesini sürətlə davam etdirir. Qarabağ bölgəsində müharibədən sonra həyata keçirilmiş bir neçə hərbi əməliyyat bunu bir daha təsdiq edib. Ordumuz strateji mövqelərə sahib olmaqla düşmənin bütün fəaliyyətlərini nəzarətdə saxlayıb. Bu sözsüz ki, Ermənistana göndərilmiş mesaj idi. Amma buna baxmayaraq erməni tərəfi növbədi fəfə reallığı düzgün qiymətləndirə bilmədi”.

YAP Abşeron rayon təşkilatının sədri qeyd edib ki, sentyabr ayında keçirilmiş antiterror tədbiri 23 saat 43 dəqiqə çəkdi və Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji ərazini nəzarətə götürərək, düşmən ordusunu təslim olmağa məcbur etdi. “Bununla da otuz il ərzində torpaqlarımızda yaratdıqları qondarma rejim arxivə göndərildi. Xalqımız tarixi ədaləti bərpa etdi. Bu baxımdan da 2023-cü il 20 sentyabrda müasir Azərbaycan tarixində zəfər günü kimi qalacaq. Əgər 8 Noyabr 2020-ci ildə Şuşa əməliyyatından sonra düşmən ordusu məğlub olmuşdusa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüz tam bərpa edildi. 2023-cü ilin sentyabrın 20-də dövlət suverenliyi, ölkə ərazisində konstitusiya quruluşu bərqərar olundu. Azərbaycan ərazisində separatizmə son qoyuldu. Ordunun madddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdən oldu”.

Abbas Əliyev vurğulayıb ki, 15 oktyabr Prezident İlham Əliyev tərəfindən Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə Azərbaycan Bayrağının ucaldılması tarixi hadisə olmaqla yanaşı xalqımız üçün böyük xoşbəxtlik idi. Vaxtilə tarixi Azərbaycan torpaqlarından, Xankəndidən Azərbaycan dövlətini və xalqına qarşı hədə-qorxu gələnlər layiqli cəzasını aldı. Separatizm və erməni işğalına son qoyuldu. Qarabağ Azərbaycandır! prinsipi özünü təsdiq etdi. Xankəndidə Müzəffər Ali Baş Komandanın Zəfər günü ilə bağlı qəbul etdiyi parad və vermiş olduğu mesaj bir çoxları üçün açıq xəbərdarlıqdır. Bu önəmli xəbərdarlıq mesajı idi.

DİGƏR Xəbərlər Arxiv