YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz!

Ağstafada Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Qırılı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Məktəblilər vətənpərvərlik ruhunda və şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbir çərçivəsində Elvinlə eyni məzarlıqda uyuyan Vətənin qəhrəman oğulları Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun, Hüseynli Əliheydər Səlahəddin oğlunun, Sadıqov Samir Cəbrayıl oğlunun və Musayev Rəhman Elxan oğlunun da məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Elvin İmaməliyevin ailə üzvlərini ziyarət edib, dərin hüznlə başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elvin İmaməliyev YAP Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri olub. Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksələn Elvin İmaməliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.