YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Elmar Məmmədyarov: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq

“Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu anlayışa əsaslanaraq münaqişənin həll olunması prosesinə sadiqdir”. Bu fikirləri Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində səsləndirmişdir.

Xarici işlər naziri qeyd etmişdir ki, Həmsədrlərin bəyanatları bir müddət öncə üzərində işləməyə başlamaq üçün Azərbaycanın təklif etdiyi beynəlxalq hüquqa əsaslanmış müfəssəl sülh razılaşması üçün əvəzedici ola bilməz. Azərbaycan ərazilərinin işğalında status-kvonun uzadılmasında yollar axtarmaqdansa Ermənistan xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarının fonunda istinad etməyin daha da çətin olduğu öz qeyri-konstruktiv mövqeyini yenidən nəzərdən keçirməlidir. Ermənistan reallığı nə qədər tez dərk edəcəksə, münaqişə bir o qədər də tez həll olunacaq və regiondakı ölkələr və xalqlar əməkdaşlığın perspektivlərindən və iqtisadi inkişafdan faydalanacaq.

“Azərbaycan bir daha Ermənistan tərəfini vaxt itirmək, öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaqdansa işğal və etnik təmizləmə siyasətinə son qoymağa, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır” – deyə, Elmar Məmmədyarov bildirmişdir.

DİGƏR xəbərlər Arxiv