YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Helsinkidə ATƏT Parlament Assambleyasının yay sessiyası davam edir

Finlandiyanın paytaxtı Helsinkidə ATƏT Parlament Assambleyasının (PA) yay sessiyası davam edir.

57 ölkənin nümayəndələrinin iştirak etdikləri sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız təmsil edir.

Sessiyada “Helsinki + 40: gələcəyin ATƏT-inin yaradılması” adlı qətnamə layihəsinə baxılacaq. Həmçinin sessiya çərçivəsində ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.