YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tariximizin Qubadlı səhifəsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

25 oktyabr 2020-ci il tarixində azad olunan Qubadlı şəhəri Vətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu. Bir neçə günə azad olunan Qubadlıda düşmən güclü istehkamlar quraraq öz hərbi birləşmələrini yüksəkliklərdə mövqeləndirmişdi. Döyüş əməliyyatlarının başlıca məqsədi həmin yüksəkliklərdə yerləşən mövqelərin ələ keçirilməsi idi. Ancaq bundan sonra Qubadlı şəhəri azad oluna bilərdi.

Məhz Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı sayəsində Qubadlının əhatəsində yerləşən yüksəkliklər, ətraf kəndlər alındıqdan sonra oktyabrın 25 də şəhər düşməndən təmizləndi. 44 günlük Vətən müharibəsində Qubadlı şəhəri tamamilə düşməndən azad oldu.

Qubadlı rayonun işğaldan azad edilməsinə qəhrəmanlıq göstərmiş 15212 nəfər hərbi qulluqçumuz 26 noyabr 2020-ci il tarixində təsis edilən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Tariximizə qələbə günlərindən biri kimi yazılmış Qubadlının işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Qubadlı şəhəri günü olaraq əbədiləşdirilib.

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Qubadlı rayonunda da geniş quruculuq işləri aparılır. Yenidən qurulan Qubadlıda artıq ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Qubadlı yaxın gələcəkdə digər şəhərlərimizlə yanaşı ölkə iqtisadiyatında öz potensialı ilə seçiləcəkdir.

DİGƏR Xəbərlər Arxiv