YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərdə yeni inkişaf mərhələsi

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər  əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri  dinamik şəkildə  inkşaf edərək ali səviyyəyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda ölkələrimiz arasındakı əlaqələr hər bir sahə üzrə günbəgün daha da dərinləşir və yüksələn xətlə inkşaf edir. 

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər etməsi böyük əhəmiyyətə malik tarixi hadisə oldu. Türkiyə Prezidentinin Naxçıvana olan bu səfəri  Azərbaycanın Qarabağda həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarından sonraya təsadüf etdi. Bu fakt bir daha göstərdi ki, Azərbaycan və Türkiyə hər zaman-həm pis, həm də yaxşı gündə biri-birinin yanındadır.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, səfərlə əlaqədar hər iki ölkə Lideri bəyanatlarla çıxış etdilər. Ölkəmizin başçısı İlham Əliyev öz çıxışında Türkiyənin Azərbaycana olan dəstəyini vurğulayaraq, qardaş ölkənin  İkinci Qarabağ Müharibəsindəki dəstəyini və cənab Rəcəb Tayyib Ərdoğanın dünyanın ən ali kürsüsündən - Birləşmiş Millətlət Təşkilatının Baş Asambelyasında dövlətimizin maraqlarını ifadə etməsini  xatırtlatdı. Azərbaycan və Türkiyə istər beynəlxalq arenalarda istərsə də dünya səviyyəli təşkilatlarda hər zaman bir-birini dəstəkləmişdir. Məhz bu dəstək hər iki ölkənin gücünə güc qatır və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır. Ölkələrimiz arasındakı səmimi qardaşlıq münasibətləri dünya ölkələrinə nümunədir.

Daha sonra Azərbaycan Lideri İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ilə bağlı danışaraq qeyd etdi ki, bu hadisə qardaşlıq münasibətlərimizin önəmli hadisəsidir və  mövcud münasibətlərimizin inkşafına yeni təkan verəcək. Təqdirəlayiq haldır ki, Azərbaycan müharibədən yeni çıxmasına baxmayaraq öz inkşaf temipini qoruyub saxlamağı bacarmışdır. Post müharibə dövründə dövlətimiz tərəfindən bütün sahələri – xüsusilə də enerji sahəsini əhatə edən regional və dünya əhəmiyyətli layihələr həyata keçirilir. Əlbətdə bu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olmuşdur.

Daha sonra Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı logistik və  strateji əhəmiyyət kəsb edən layihələrdən, iqtisadi əməkdaşlıqdan danışdı, gələcək layihələr haqqında məlumat verdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Türkiyə münasibətləri daha da dərinləşəcək və inkşaf edəcək.

Səfər çərçivəsində mühüm önəm kəsb edən bir sıra sənədlər imzalandı. İmzalanmış sənədlər iki ölkə arasıdakı əlaqələrin gələcək inkşafında hüquqi baza rolunu oynayacaq: “Ümumilikdə bu gün Azərbaycanla Türkiyə arasındakı əlaqələrin dinamik şəkildə inkşaf etməsi və ali səviyyəyə qədər yüksəlməsi Azərbaycan Prezidenti İham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu və müdrik siyasətin nəticəsidir. Ölkə Liderlərimizin müəllifi olduğu bu unikal siyasət xalqlarımıza çox qələbələr yaşadacaq.”