YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qarabağdakı erməni sakinlərə yardım üçün alternativ marşrut təklif edir

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yükünün ayrılması və bu yükün ünvana Ağdam-Xankəndi yolu ilə çatdırılmasının planlaşdırılması Anadolu Agentliyində işıqlandırılıb.

Agentliyin ingilis dilində dərc etdiyi məqalədə Azərbaycanda akkretidə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağdakı erməni sakinlərə yardım göstərmək üçün Bakının təklif etdiyi alternativ marşrut olan Ağdam-Xankəndi yolunda olduqları qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki tvitindən sitat gətirilib: “Ağdam-Əsgəran-Xankəndi yolunun girəcəyindəyik. Diplomatik korpus və beynəlxalq jurnalist qrupu Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil edilən undan ibarət iki maşın dolu ərzaq yükünün keçəcəyi yolun funksionallığı ilə tanış olacaq”.

Qeyd olunub ki, avqustun 29-dan bəri 40 ton un dolu yük avtomobilləri Xankəndi şəhərinə daxil olmaq üçün yolda gözləyir. Diplomatik korpus və beynəlxalq jurnalistlər ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni sakinlərə 40 ton un göndərsə də, qarşı tərəf əngəl törətdiyi üçün yükün keçidi hələ də baş tutmayıb.

Məqalədə o da bildirilir ki, uzunmüddətli sülh sazişi üzrə danışıqların davam etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında son aylarda Laçın yolu ilə bağlı gərginlik artıb. Buna səbəb bölgəyə Laçın yolu ilə qanunsuz silah və texnikanın daşınmasıdır.

İrəvan bölgədə “humanitar böhran”ın olduğunu iddia etsə də, Bakı bu iddiaları kəskin şəkildə rədd edib və regiona yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.