YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patrik Hikki: Memuar yazası olsam Azərbaycana və birinci Avropa Oyunlarına xüsusi bölmə həsr edəcəyəm

Memuar yazası olsam Azərbaycana və birinci Avropa Oyunlarına xüsusi bölmə həsr edəcəyəm. Azərbaycan hər zaman mənim xatirəmdə qalacaq.

Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 28-də birinci Avropa Oyunlarının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Patrik Hikki Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə qısa müddətdə uğurla başa çatdırılan yüksək səviyyəli hazırlıq işlərini xüsusi qiymətləndirib. O bildirib ki, Oyunların təşkilinə çoxlu sayda könüllü, habelə peşəkar əməkdaşın cəlb edilməsi Azərbaycanın irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.

Bu mötəbər idman tədbirinin işıqlandırılması üçün 900-dən çox xarici media nümayəndəsinin akkreditasiyadan keçməsini böyük göstərici kimi dəyərləndirən Patrik Hikki bu proseslə bağlı indiyədək hər hansı şikayətin daxil olmadığını vurğulayıb. 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi üçün hazırda altı namizədin müraciət etdiyini diqqətə çatdıran AOK-un prezidenti deyib: “Atletlər Kəndindəki şərait həqiqətən yüksək səviyyədədir. Azərbaycan Hökuməti və peşəkar komanda olmasaydı, belə yüksək səviyyəli idman yarışını keçirmək mümkün olmazdı. Bu Oyunlar gələcək namizədlər üçün böyük təcrübə oldu. Biz hazırda seçim prosesindəyik. Coğrafi balansı qorumalıyıq. İlk Oyunlar nisbətən Şərqdə olduğu üçün biz artıq Qərbə yönəlməliyik. Üç namizəd ilə danışıqlara başladıq. Bu Oyunlar zamanı iki yeni şəhər artıq marağını bildirib. Hesab edirəm ki, ikinci və üçüncü Avropa Oyunları da yüksək səviyyədə baş tutacaq. Əminəm ki, atletika və üzgüçülük idmanının bütün növləri 2019-cu ildə təmsil olunacaq”.

Azərbaycanda möhtəşəm məşəl mərasiminin keçirildiyini vurğulayan AOK prezidenti növbəti Avropa Oyunlarının məşəllərinin məhz Atəşgah məbədində alovlandırılmasını dəstəklədiyini bildirib: “Bu, bizə uyğundur. Fikrimizcə, Azərbaycan məşəlin məhz burada alovlandırılması üçün mükəmməl məkandır. Bu, çox gözəl təşəbbüsdür. Azərbaycanda idman çox sürətlə inkişaf edir. Bu, gənclərin idmana cəlb olunmasına rəvac verəcək. Azərbaycan bizim etimadımızı tam doğrultdu. Biz Azərbaycan ilə əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik”.

Daha sonra Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan Hökumətinə, birinci xanım Mehriban Əliyevaya təşkilatçılığa görə minnətdarlığını bildirib. Birinci Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışların Olimpiya standartlarına uyğun yüksək səviyyədə təşkil olunduğunu söyləyən Spiros Kapralos “Bakı-2015”in uğurunun yeniliklərlə də bağlı olduğunu vurğulayıb. Spiros Kapralos, həmçinin Azərbaycan vətəndaşlarının Bakının bu yarışlara ev sahibliyi etməsindən qürur duyduğunu xüsusi vurğulayıb. O deyib ki, Azərbaycan Hökuməti bizə vəd etdiyi kimi, Oyunları yüksək səviyyədə təşkil etdi. İdmanın 12 növü üzrə Olimpiya lisenziyası təmin edilib. Yeni qaydalarla bu Oyunların coşqusunu və nüfuzunu artırmağa çalışdıq. Əlli iştirakçı ölkədən 42-i medal qazandı. Bu, Oyunların gələcək inkişafı baxımından çox önəmli göstəricidir. Atletika yarışları üzrə Pan-Amerika Oyunlarının rekordu qırılıb. Akrobatika üzrə yeni qaydalar müəyyən edilib. Sponsorlar üçün çox gözəl imkan təmin edildi. “İ-zona”larda media nümayəndələri üçün qalib atletlərdən müsahibə almaq imkanı yaradıldı. Gözəl açılış mərasiminin şahidi olduq. Tamaşaçılar inanılmaz bağlanış mərasimini də izləyə biləcəklər.

Diqqətə çatdırılıb ki, idmançılar və milli komandaların rəsmiləri müasir nəqliyyat vasitələri ilə vaxtında arenalara çatdırıldı. İndiyədək heç bir gecikmə halı baş verməyib. Yaxın gələcəkdə Azərbaycanda “Formula-1” Avropa Qran-prisi, Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu keçiriləcək. Biz ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilatçılığından bir çox yenilikləri növbəti Avropa Oyunları üçün tətbiq edəcəyik. Azərbaycan bir daha nümayiş etdirdi ki, daha böyük idman yarışlarına, Olimpiya Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi edə bilər.

DİGƏR Xəbərlər Arxiv