YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı atlet: “Bakı-2015” ilk Avropa Oyunları tarixin bir hissəsidir

“Bakı-2015” ilk Avropa Oyunlarında britaniyalı atletlərin çıxışı bu ölkənin mediası tərəfindən geniş işıqlandırılır.

Qadınların boks yarışlarında qızıl medal qazanan Olimpiya çempionu Nikola Adams təəssüratlarını bölüşüb. “Skysports.com” portalına müsahibəsində zədə səbəbindən aylarla rinqlərdən kənar qalan 32 yaşlı boksçu ilk Avropa Oyunlarının qalibi olmaqla möhtəşəm qayıdış etdiyini deyib.

“Çox gözəl hisslər keçirirəm, Böyük Britaniyaya tarixin bir hissəsini apardığıma inana bilmirəm. Bütün zamanlarda tarix yazmağı bacarmaq inanılmaz duyğudur. Birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Gərgin məşqlər keçirdim. Nəyə qadir olduğumu hər kəsə göstərmək istəyirdim,” – deyə o, bildirib.

Nikola Adams növbəti hədəfinin “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və orada uğurla çıxış etmək olduğunu deyib.