YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentində Azərbaycandakı dünyəviliklə bağlı hesabatın təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində “Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi” adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi keçirilib.

Şuradan  bildiriblər ki, tədbirdə Avropa Parlamentinin üzvləri Culi Vord, Tüne Kelam, Boris Zala və Qiorqiy Hölvenyi, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Komissiyasının təmsilçiləri Marqit Palm, Aleksandra Kulmer, Malte Siman, təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəsmiləri, QHT və media nümayəndələri, tədqiqatçılar və digər şəxslər iştirak ediblər.

Hesabatda dünyəvilik prinsipinə söykənən Azərbaycanın müxtəlif dini icmaların bərabər yaşamasına şərait yaratdığı bildirilir. Qeyd edilir ki, mümkün dini radikallaşma təhlükəsinin qarşısının alınması üçün Azərbaycan dövləti daim hüquqi islahatlar həyata keçirir.

Eyni zamanda, hesabatda vurğulanır ki, mürəkkəb geosiyasi regionda yerləşən ölkə kimi Azərbaycan üçün dini radikallaşma təhlükəsi həmişə mövcuddur. Bunun əsas səbəbi bir sıra regional güclərin Azərbaycandakı multikultural mühiti, stabilliyi pozmaq məqsədilə “insan hüquqlarının müdafiəsi” adı altında müəyyən qrupları dəstəkləməyə çalışmasıdır.

Tədbirin sonunda hesabat ətrafında fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran suallara cavab veriblər.