YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Proseslər deməyə əsas verir ki, Ermənistanda etiraz aksiyaları davamlı olacaq

«Proseslər deməyə əsas verir ki, Ermənistanda etiraz aksiyaları davamlı olacaq». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, nə qədər aksiyaçılara qarşı güc tədbiq edilsə də, onların qarşısını almaq çətin olacaq. Onun sözlərinə görə, Ermənistanda ötən prezident seçkilərindən sonra acınacaqlı vəziyyət yaranmışdı.

«Aksiya zamanı yaralananlarla yanaşı qətlə yetirilənlər belə olmuşdu. Yəni belə çıxır ki, Serj Sarkisyan öz hakimiyyətini əldən verməmək üçün insan ölümlərinə belə göz yumar. İndiki aksiyalar Ermənistan hökumətinin oyunu ola bilər. Ermənistan bu hərəkətlərlə sadəcə olaraq Rusiyaya göstəriş edir. Çünki Rusiya xərclərin daha çox yüksəldilməsini tələb etmişdi. Bunlar isə göstərmək istəyir ki, baxın bu qiymət artımı ilə bağlı nə qədər etiraz səsləri yüksəlib. Ona görə də hesab edirəm ki, aksiyalar hələ bir müddət davam edəcək»- deyə, R.Musabəyov qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv