YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi yad edilib

Qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan Tovuz döyüşlərində ordumuzun qələbəsindən artıq üç il ötür.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhidlərimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri Tovuz döyüşləri zamanı şəhid olmuş Babayev Yaşar Vasif oğlunun, Mustafazadə Elçin Arif oğlunun, Sadıqov Vüqar Lətif oğlunun və İsmayılov Nazim Əfqan oğlunun məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.