Xəbərlər
Misirdə prezident seçkiləri öncəsi iki günlük "sükut" başlayıb
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/76eac9e5b778bf63b2729024321f6d7c.jpg&w=360)
Misirdə prezident seçkiləri öncəsi təbliğat üçün tam qadağan edilən iki günlük "sükut" başlayıb. İyirmi günlük seçkiqabağı kampaniya hər iki namizədin təbliğatı ilə cümə günü başa çatıb: Biri böyük tele-müsahibə verib, digəri isə Qahirədə parlaq mitinq keçirib.
Misirdə növbədənkənar prezident seçkiləri mayın 26-27-də keçiriləcək.
Kürsü uğrunda iki namizəd mübarizə aparır: Misir siyasətinin veteranı Hamdin Sabahi və sabiq müdafiə naziri Əbdül Fəttah əs-Sisi.
Seçki kampaniyası 21 gün davam edib, onun arxasınca təşviqat qadağan edilən iki "günlük sükut" başlayıb.