YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qarşılıqlı dəstək tariximiz

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

İsrail Dövlətinin Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun geniş tərkibdə görüşü keçirilib. Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Mətbuat üçün birgə bəyanatda Prezident İlham Əliyevin, Azərbaycanla-İsrail arasında çox fəal siyasi dialoqun olduğunu və bu səfərin də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini qeyd edib.

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri İsrail-Azərbaycan münasibətlərində yeni mərhələdir. Bu tərəfdaşlıq konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açan dövriyyə ilə müşahidə olunur. Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir. Bu əlaqələr bögədə sülhə və sabitliyə xidmət edir. Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.

Bu gün iki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Əvvəllər bu əməkdaşlıq əsasən, iqtisadiyyatın neft-qaz sektoruna yönəlmişdisə, hazırda kənd təsərrüfatı, yüksək texnologiyalar kimi sahələri də əhatə edir. Ticarət sahəsində Azərbaycan–İsrail əməkdaşlığı uğurla inkişaf edir və onun həcmi ildən-ilə artır. Azərbaycan Respublikası ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Dövlətlər arasında genişlənən iqtisadi əməkdaşlıq Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsinin müvafiq şəkildə artmasını təmin edib.

Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanla İsrail arasında münasibətlərin kökü dərindir. İqtisadi, siyasi, mədəni, hərbi sahədə əməkdaşlıq mövcuddur. Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövrü, İkinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycanın yanında olub. Beynəlxalq münasibətlər sistemində hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Bu münasibətlər bu gün də yüksələn xətlə davam edir.

Biz inanırıq ki, İsrail Prezidentinin Bakıya səfəri ölkələrimizlə yanaşı bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açacaqdır.

DİGƏR Xəbərlər Arxiv