YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd qəsəbəsində səyyar təlim keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının, Xocavənd Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə xocavəndlilərin məskunlaşdığı Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş səyyar təlim keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra qəsəbə Şəhidlər xiyabanı ziyarət edilib.

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş və bu gün davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir.

Sonra YAP Veteranlar Şurasının üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının davamlı inklüziv inkişaf sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” adlı təqdimatla çıxış edib. Urxan Ələkbərov təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanı davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə üzrə regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv