YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur və fəxarət hissi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Mayın 28-də Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və burada məskunlaşacaq sakinlərin ilk qrupuna mənzillərin təqdim olunması hər bir vətəndaş üçün xüsusi qürur və fəxarət hiss yaşatdı. Xalqımızın böyük qələbə arzusunu reallığa çevirən Prezident İlham Əliyev tərəfindən post müharibə dövründə işğaldan azad olunan ərazilərimizin sürətli bərpası ilə bağlı atılan təməllər qısa müddət ərzində tamamlanaraq vətəndaşlarımızın ixtiyarına verilir.

30 il ərzində heç bir yaşayışın olmadığı bu ərazilərdə əhalinin rahat yaşaya biləcəyi şəhər, qəsəbə və kəndlərin salınması, strateji əhəmiyyətə malik inrastruktur və kommunikasiya xəttlərinin qurulması Azərbaycan dövlətinin gücünün göstəricisidir. Dövləti isə bu cür güclü edən Prezident İlham Əliyevin müzəffər liderliyidir.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğal dövründə bir gün itirmədən öz iqtisadi potensialını gücləndirdi və onu dayanıqlı vəziyyətə gətirdi. Bunun da başlıca səbəbi var idi. Torpaqlarımızın işğaldan azad olunması qədər həmin ərazilərin bərpası da yalnız güclü siyasi iradə sayəsində mümkün  ola bilərdi. Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərində çıxışında qeyd etdi: “Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”.

Ermənilərin “miatsum”, separatizm kitabını bağlayan və onların müstəqillik xülyasının üzərindən əbədi xətt çəkən Prezident İlham Əliyev Xankəndidəki ünsürlərə dəmir yumruğun yerində olduğunu xatırladaraq hər an adekvat tədbirlərin görülməsi reallığının qüvvədə olduğunu bildirdi. Xarabalığa çevrilmiş ərazilərdə müasir və göz oxşayan yaşayış məntəqələri, Laçında sərhəd-buraxılış məntəqəsi və digər addımlar tam əminliklə onu deməyə imkan verir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Böyük Qayıdışı reallışdırır, Xankəndində Ermənistan ordusunun tör-töküntülərinin sonunu yaxınlaşdırır və Naxçıvana yolumuzu reallığa çevirmək istiqamətində günbəgün irəliləyir.