YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: İnteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsünü Azərbaycan irəli sürüb

Azərbaycan özünün təqdim etdiyi beş prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Bunu Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən deyib.

Dövlətimizin başçısı Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsünün məhz Azərbaycan tərəfindən irəli sürüldüyünü bildirib.