YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Gənclərin Dostu" milli mükafatı təqdim olunub

Mayın 15-də “Heydər Əliyev İli” çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən "Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri - millət vəkilləri, hüquqşünaslar, həkimlər, gənc iş adamları, ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Tədbirdə çıxış edən İctimai Birliyin təşkilat komitəsinin koordinatoru Anar Sarıyev Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, o cümlədən mütərəqqi gənclər siyasətindən bəhs edib. Qeyd edilib ki, Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Daha sonra "Gənclərin Dostu" milli mükafatı 14-cü dəfə öz sahiblərinə təqdim olunub.