YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün uğurlarımızın əsasında Ulu Öndərin gücü, müdrikliyi dayanır

Nurəddin İbrahimov

YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elimlər üzrə fəlsəfə doktoru

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Dahi rəhbərin bizlərə miras qoyduğu məqsədyönlü siyasət sayəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir, siyasi- iqtisadi cəhətdən regionda aparıcı gücə çevrilir.

May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Zəfərimizin rəmzi Şuşa şəhərindən Azərbaycan xalqına müraciəti zamanı Prezident İlham Əliyev qeyd etdiyi kimi Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi hər zaman qoruyub, gələcəkdə də qoruyacaq.

Ən başlıçası Azərbaycanın milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas müəllifi dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqilliyini qoruyub saxlaya bildi.

1990-cı illərin əvvəllərini, Azərbaycanın müstəqillik tarixinin ilk illərində dərin böhranın hökm sürdüyü vaxtları yada salaq. O dövrdə ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Bir tərəfdən mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu təhlükəli vəziyyətdən ölkəmizi yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Və belə bir ağır vəziyyətdə, dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı belə bir çətin dövrdə – 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu.

Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu.

Son 20 ildə yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Ulu Öndərimizn layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır.