YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinamik inkişafın göstəricisi

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramlarının uğurlu icrası hər bir bölgənin həyatında yeni mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyevin Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə regionlara davamlı səfərləri qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır.

Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Neftçala və Salyan rayonlarına səfəri zamanı açılışında iştirak etdikləri, həmçinin  aparılan işlərlə tanış olduqları sosial obyektlərin say tərkibinə diqqət yetirməklə  bölgələrin inkişafının dövlət siyasətinin əsası olduğunu böyük əminliklə qeyd edə bilərik. Cənab İlham Əliyev Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşərək bildirmişdir ki, təəssüratlarım çox müsbətdir. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Bugünkü səfər də ənənəvi bir səfərdir.”

Hər bir Dövlət Proqramının uğurlu icrası növbəti sənədin qəbulunu şərtləndirir. Prezident İlham Əliyevin 2019-cu il yanvarın 29-da imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Hazırda sayca dördüncü olan Dövlət Proqramının icrasının sonuncu ilidir. Nəticələr regionların simasında özünü aydın şəkildə nümayiş etdirir. Bölgələr arasında sağlam rəqabət hədəflərə doğru inamla addımlamağı təmin edir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri zamanı həmin rayonlarda görülən işlərin mənzərəsi bütövlükdə respublikanın bölgələrinin dinamik inkişafının göstəricisidir.

Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən də geniş bəhs etdi. Son illərdə ölkə Prezidentinin regionlara səfərlərinin böyük qismi məhz işğaldan azad edilmiş ərazilərimizədir. Sahibinə qovuşan torpaqlarımız artıq quruculuq mərhələsini yaşayır. 30 illik işğal dövründə ermənilər bu ərazilərimizi tamamilə dağıtmış, bütün tikililəri, infrastrukturu, tarixi və dini abidələrimizi yerlə-yeksan etmişdilər. Artıq iki ildən çoxdur ki, bu dağıntılar bərpa işləri ilə əvəzlənib. Dünya bir daha Azərbaycan xalqının necə qurucu xalq olduğunu görür. Dövlət başçısı İlham Əliyev müsahibədə bildirmişdir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və bölgələrə səfərlərimin əksəriyyəti məhz o ərazilərə olan səfərlərdir.  Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarına qayıdıb.  Hazırda artıq iki yaşayış məntəqəsində- Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır: “Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.”

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərdə yeni canlanma başlayacaq. Bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr veriləcək.