YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsasıdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə başlıca məqsəd kimi qarşıya qoyuldu. Dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi Regional inkişaf proqramlarının uğurlu icrasına başlanıldı. Cənab İlham Əliyevin bölgələrə ardıcıl səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında öz sözünü deyir.

Dövlət başçısı bu günlərdə Neftçala və Salyan rayonlarına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama xüsusi diqqət yönəltdi. “Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin” söyləyən Prezident İlham Əliyev onu da əlavə etmişdir ki,  Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Regionlara hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirakı, Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıqları Azərbaycanın iqtisadi imkanlarının təqdimatında regionların tərəqqisinin prioritetliyini təsdiqlədi.

Reallıq budur ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Atılan addımların mahiyyətində regionlarla paytaxt arasında fərqi aradan qaldırmaq, insanların rahat yaşayışını təmin etmək, sosial müdafiəsini gücləndirmək dayanır. Özünüməşğulluq proqramı uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyin həyata keçirilməsi üçün ABAD mərkəzlərinin coğrafiyası genişləndirilir.

Salyanda istifadəyə verilən “ASAN xidmət” mərkəzi sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. Nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, həmçinin “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır. Bəyənmə əmsalı 99,8 faizdir. Artıq dünyada ASAN modelini bir neçə ölkə tətbiq edir.  “ASAN xidmət”in   yaradılması ictimai xidmətlər sahəsində bir inqilab, dönüş nöqtəsi idi. Hazırda mərkəzdə 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət”  intellektual məhsulumuzun bir nümunəsidir. Azərbaycan  intellektual məhsul ixrac edir.

Neftçala və Salyan rayonlarında görülən işlər ümumilikdə bölgələrin iqtisadi inkişafı barədə aydın mənzərə yaradır. Bu baxımdan ki, bir səfər çərçivəsində açılışı olan sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. İnfrastruktur layihələrinin uğurlu icrası prioritetdir. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişaf etdirilməsi üçün infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi başlıca amildir.

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə də bərpa-quruculuq işlərinin miqyasının genişliyini diqqətə çatdıraraq bildirdi ki, Ağalı və Talış kəndlərinin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.

Ümumilikdə regionların inkişafı qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması deməkdir. Dördüncü Dövlət proqramının icrasının sonuncu ilidir. Tarixi Zəfərimiz yeni Dövlət proqramlarının, İnkişaf Strategiyasının təsdiqlənməsini bir zərurətə çevirdi. Tarixi Qələbəmizin reallıqlarına əsaslanaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi və artıq icrasına başlanılıb. Azad Qarabağ və azad Şərqi Zəngəzur qısa zamanda böyük investisiyalar məkanına çevriləcək.

DİGƏR Xəbərlər Arxiv