YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələrimiz arasında əlaqələrin tarixi var

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri 

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Tacikistana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə inkişafı əsas yer tutur. Azərbaycan və Tacikistan arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Bu gün dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Tərəflər münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət verir.

Dövlət başçısı İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə xüsusi qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və çox yaxşı gələcəyi var: “Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.”

Təbii ki, bu əminliklər iki dost ölkənin diplomatik münasibətlərinin qurulduğu 30 ildən artıq dövrdə əlaqələrinin bütün sahələr üzrə yüksələn xətlə inkişafından irəli gəlir. Keçirilən görüşlərdə, Prezidentlərin mətbuata bəyanatlarında önə çəkilən əsas məqamlardan biri iki ölkənin münasibətlərində möhkəm təməlin yaradılmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  böyük əməyinin olmasıdır. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Tacikistan münasibətlərinin ayrı-ayrı sahələrdə uğurlu inkişafından bəhs edərkən “Bu barədə burada - Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək” fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi: “Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.”

Hər iki ölkənin keçdiyi inkişaf yolunun təhlili əsasında belə bir ümumiləşdirilmə aparıldı ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Bugünkü uğurlu inkişafımızın əsasında  böyük liderlərin əməyi dayanır.  Onlar  uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni etdilər.

30 ildən artıq dövrün reallıqları Azərbaycan-Tacikistan əlaqələrinin təqdimatıdır. Bu gün bütün sahələrin inkişafı üçün böyük potensial mövcuddur. Tarixi Zəfərimizin reallıqları fonunda atılan addımlar münasibətlərin daha da dərinləşməsində öz sözünü deyəcək. Belə ki, cənab İlham Əliyevin dost Tacikistana səfəri çərçivəsində “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u imzalandı. Artıq işğaldan azad edilmiş ərazilərimiz münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcək.