YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə atılan uğurlu addımlar

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri hər iki ölkə arasında münasibətlərin fəal qarşılıqlı əlaqələrə sahib olduğunun növbəti göstəricisidir. Xalqlarımızın çoxəsrlik tarixə malik dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasında mövcud əlaqələrin daha da dərinləşməsində vacib əhəmiyyətli rol oynayır.

Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş nüfuzu və müasir çağırışlara uyğun özünü transformasiya etmək potensialına malik olması həm region ölkələrinin həm də digər ölkələrin Azərbaycanla sıx əməkdaşlıq əlaqələrinin qurulmasına cəlb edir.  Dünyada hazır ki, iqtisadi inkişaf dinamikası ölkələrin dayanıqlı iqtisadiyyata malik olmaları üçün çoxşahəli iqtisadi sahələrdə fəaliyyət göstərməyə vadar edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan hələ illər əvvəl günümüzün iqtisadi çağırışlarına uyğunlaşacaq şəkildə inkişaf etdirilmişdir.

Azərbaycan daim nəhəng nəqliyyat və kommunikasiya layihələri ilə regionun aparıcı mərkəzinə çevirilmişdir. Qazaxıstan da Azərbaycan kimi özünün sosial-iqtisadi potensialını yerləşdiyi coğrafi məkanda aparıcı mərkəzə çevirilmək üçün inkişaf etdirmişdir. Bu gün hər iki ölkənin iqtisadi dinamikası imkan verir ki,  Şərqlə Qərbin iqtisadi cəhətdən birləşməsində aparıcı rola malik olsunlar. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi 1 milyard dollara çatmalıdır. Bu hədəf Azərbaycan və Qazaxıstanın gələcək hədəflərinin hansı miqyasda olduğunu aydın şəkildə nümayiş etdirir.

Səfər çərçivəsində Astana şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Qazaxıstanın Azərbaycana olan qardaşlıq münasibətinin əyani göstəricisidir. Açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ulu Öndər Heydər Əliyevin Türk dünyasının birliyini qurmaq istiqamətində göstərdiyi fədakar əməyinin bu gün beynəlxalq müstəvidə Türk Dövlətləri Təşkilatının mövcudluğu ilə nəticələndiyini qeyd etdi. Azərbaycan və Qazaxıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birlərinə yaxından dəstək olurlar. Ölkə başçıları arasında təmasların intensivləşməsi xalqlarımızın rifahını təmin etmək istiqamətində gələcəyə atılan uğurlu addımlardır.