YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt Dövlət Universitetində “YENİ Klub” təsis olunub

Aprel 4-də Sumqayıt Dövlət Universitetində (SDU) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Əvvəlcə universitetin foyesində müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.  

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan Sumqayıt Dövlət Universitetinin prorektoru Elmar Xəlilov ali təhsil müəssisəsində tələbələrin aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Daha sonra SDU-nun nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Songül Kərimzadə, koordinatorlar Günay Ramazanova, Zümrüd Bahadirova və Gülşən Talıbova təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

Təsis toplantısı çərçivəsində Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovla görüş keçirilib. Görüşdə ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, tədris sistemi, eyni zamanda, maddi-texniki bazası haqqında məlumat verən Elxan Hüseynov Universitetdə tələbələrin ictimai fəallığını təmin etmək üçün davamlı işlərin həyata keçirildiyini vurğulayıb.

SDU-nun nəzdində “YENİ Klub”un fəaliyyətinə verdiyi dəstəyə görə rektor Elxan Hüseynova təşəkkürünü bildirən Bəxtiyar İslamov bu təşəbbüsün Universitetin tələbə həyatına rəng qatacağına əminliyini ifadə edib.

Sonda xatirə fotosu çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv