YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın göstəricisi...

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

İşğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayını təmin etmək və sosial-iqtisadi dinamikanı formalaşdırmaq üçün quruculuq işləri sürətli şəkildə davam etdirilir. Bütün görülən işlərin əsasında bu torpaqlardan köçkün düşmüş soydaşlarımızın qısa zaman ərzində Böyük Qayıdışını təmin etmək.

Bərpa-quruculuq işlərinin sürətli şəkildə aparıldığı ərazilərdən biri də Laçındır. Hal-hazırda Laçında bu ilin və növbəti ilin sonuna qədər 10 mindən çox əhalinin qayıdışı üçün hazırlıq işləri gedir. Quruculuq işləri çərçivəsində yeni yaşayış yerləri inşa olunur, dağıdılmış binalar bərpa edilir. Yol və kommunikasiya xəttlərinin çəkilişi Laçın üçün xüsusi əhəmiyyətli olduğundan burada bir sıra tunellər və digər yol qovşaqları tikilir ki, bütün bunlar Laçının digər ərazilərlə yol əlaqəsini yüksək səviyyə çatdırır. Bu baxımdan, Murov dağdan keçən 12 kilometrlik tuneli xüsusi vurğulamaq lazımdır. Həmin tunelin vasitəsilə Göygöl rayonundan Şərqi Zəngəzura yol açılmış olur.

Laçının dağlıq relyefə sahib olmasına baxmayaraq burada beynəlxalq hava limanı da inşa olunur. Hava limanının mövcudluğu gələcəkdə Laçına gediş-gəlişi asanlaşdırmaqla bərabər, bölgənin sosial-iqtisadi dinamikasına da müsbət təsir göstərəcəkdir.

Nəzərə alsaq ki, Laçın həm də Ermənistanla sərhəd bölgəsində yerləşir burada Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri də aparılmışdır ki, bu isə öz növbəsində əhalinin rahat yaşayışını təmin edəcək ən başlıca amillərdəndir.

Prezident İlham Əliyev tərəfindən Laçın rayonuna Prezidentin xüsusi nümayəndəsinin təyin edildi. Nümayəndəlik institutu çevik, səmərəli idarəetmə üsulu kimi bölgənin sosial-iqtisadi inkişafının yeni yanaşmalar əsasında təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləlikə Qarabağ bölgəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq işləri müasir Azərbaycanın inşasının göstəricisidir.