YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik məqamı ali zirvədir!

Lerik rayonunda Vətən müharibəsi şəhidi kapitan Cavadov Cəlil Ağaddin oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının əməkdaşı Əlvan Rəcəbov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı İskəndər Tahirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev , “YAŞAT” Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Cəlil Cavadov 1989-cu il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 2020-ci il oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, o, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə”  medalları ilə təltif edilib.