YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli mənəvi dəyərlərin təcəssümü

Sahib Şükürov

YAP Göyçay rayon təşilatının sədri

Hər bir  xalqın özünəməxsus adət-ənənələri vardır. Xalqlar bu ənənələri yaşadır və gələcək nəsillərə ötürürlər. Azərbaycan xalqı da qədim zamanlardan özünün adət-ənənəsini yaratmış, zəmanə dəyişsə də bu günə qədər bu ənənələri yaşatmışdır. Novruz bayramı Azərbaycan xalqının qədim adət-ənənələrini özündə əks etdirən milli  bayramlarındandır.

Tarix boyu, xalqımızın üzləşdiyi çətinliklərə, xüsusən Sovetlər dövründə mövcud olan qadağalara baxmayaraq xalqımız Novruz bayramını qeyd etmiş, yaşatmış və bütün adət-ənənələri qorunub saxlanılmışdır.

Xalqın istək, arzu və təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdan sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başlanılmışdır.

Azərbaycan xalqı  hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Hər zaman xalqımızın milli adət-ənənələrimizə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev Novruz bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu zəmanənin tələblərinə uyğun olaraq davam etdirən, onun ideyalarını yaşadan Prezident İlham Əliyev Novruz bayramını milli mənəvi dəyərlərimizin təcəssümü adlandıraraq, Novruzun gələcəyə inam hissi aşıladığını, könüllərdə ən ali duyğuları oyatdığını, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırdığını bildirmişdir.

Prezident  İlham Əliyev, ümummilli liderimiz Heydər Əliyev kimi Novruz bayramına xüsusi önəm verir. Dövlətimizin başçısı  hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, xalqımızla birgə keçirilən el şənliklərində iştirak edir.

Bu gün də Novruz bayramı milli bayram olaraq xalqımızın qədim adət-ənənələri bütün dünyada geniş təbliğ edilir. Bu işdə Azərbaycanın  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Belə ki, Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram” deyən, Ulu Öndər Heydər Əliyevin arzuları gerçək oldu. 27 sentyabr 2020-ci ildə başlamış və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu düşmən ordusunu darmadağın edərək torpqlarımızı düşmən tapdağından azad etdi. Artıq üç ildir ki, Azərbaycan xalqı böyük sevinclə, coşquyla Novruz bayramını Şuşada, Laçında və işgaldan azad edilmiş digər ərazilərimizdə qeyd edir.

Xalqımız Azərbaycanla, azərbaycanlı olması ilə, Prezidenti ilə haqqlı olaraq fəxr edir.