YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın istəyinə uyğun siyasət...

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasi fəaliyyətini və mənalı ömrünü dövlətimizin və xalqımızın maraqları naminə həsr edən güclü Liderdir!  Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir.

Azərbaycan sadəcə beynəlxalq müstəvilərdə humanizm prinsiplərinə əsaslanmaqla kifayətlənmir, eyni zamanda həmin mötəbər platformalarda təmsil olunan ölkələrlə dostluq və əməkdaşlıq münasibətləri qurur, dünyada sülhün bərqərar olması istiqamətində öz layiqli töhfələrini verir. Almaniya dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Bu Avropa dövlətinin həm iqtisadi, həm də siyasi çəkisinə görə dünya çapında xüsusi yeri vardır. Azərbaycan və Almaniya münasibətləri bugün yüksələn xətlə inkişaf edir.

Ölkə Prezidenti İlham Əliyevin bir neçə gün öncə Almaniyaya səfər etməsi, həmçinin Almaniya siyasi rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməsi bizim sıx dostluq əlaqələrimizin olmasına bariz nümunədir. Cənab Prezidentin səfəri çərçivəsində 30-a yaxın almaniyalı iş adamı ilə görüşüməsi almaniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına, biznesinə göstərdiyi xüsusi diqqətin nümunəsidir. Cari ilin martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.  Prezident İlham Əliyev çıxışında xüsusi məqama toxunub. Avropa İttifaqı-Azərbaycan əlaqələri. Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.

Bəli, bu sözlər bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər önəmli və dəyərlidir! Azərbaycan ən etibarlı tərəfdaş ölkədir. Artıq bu həqiqəti bütün dünya liderləri qəbul edir və beynəlxalq kürsülərdən təbəssümlə bəyan edirlər.