YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT nümayəndələri Füzulidə...

Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan hökumətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşrutu üzrə hərəkət edən qonaqlar öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək. Füzuli şəhərində qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq və tikinti işləri, Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı, eyni zamanda, bu şəhərdə işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıcaq.