YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik bir zirvədir!

Vətən müharibəsində şəhid olan Fəxri ədliyyə işçisi Xəlilov Ruhin Müzəffər oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri Ruhin Xəlilovla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Ruhin Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv