YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaxt yetişib...

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Bu günlərdə başa çatan X Qlobal Bakı Forumu dünyada keçirilən aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Təbii ki, həm Forumun iştirakçılarının təmsilçilik səviyyəsi, həm də intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə ümumilikdə 60 ölkədən 350 nəfər iştirakçı olub. İştirakçılardan arasında 50-dən artıq hazırkı və sabiq prezident, baş nazir olub. X Qlobal Bakı Forumunda müzakirələrin səviyyəsi hər zamankı kimi kifayət qədər yüksək olub. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra maraq doğuran mesajlar verib. Prezidentin əsas mesajları təbii ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı olub. Prezident münaqişələrin həllinin iki yolla – dinc yolla və qeyri-dinc yolla olduğunu biuldirib: “Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.”

Prezident İlham Əliyev münaqişə yarandıqdan sonra ATƏT-in 1992-ci ildə Minsk qrupunu təsis etməsi diqqət etmiş onların fəaliyyətinin, eləcədə ermənilərin qeyri konstruktivliyinin təəssüf doğurduğunu bildirmişdir: “Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər... Erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik.” Minsk qrupunun fəaliyyətsizliyi, uzun illərdən bəri münaqişənin dondurulmuş vəziyyətdə saxlamaq istəyi bu gün də bəzi siyasi işbazaların işinə yarayır. Artıq münaqişəni dini müstəviyə çəkmək istəyən siyasilər meydana çıxmağa başlayır ki, onları fəaliyyət sferarsı məhz dini zəmində düşmənçilik toxumu səpməklə məhdudlaşır. Çoxları unudur ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda multikultural dəyərlərə daim xüsusi hörmət göstərilir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Deməli münaqişənin dini və etnik zəmində baş verməsi versiyası özünü doğrultmur.

Azərbaycan Respublikasının Prezidenti haqlı olaraq, hazırda sülh üçün vaxt yetişdiyini bəyan edib: “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik” – deyib. Tamamilə asılı ölkən olan Ermənistan ya sülh sazişini imzalamalı, ya da digər ölkələrin müstəmləkəsinə razılaşmalıdır. Cənab İlham Əliyev yenə humanistlik nümayiş etdirir və deyir: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı müstəqilliyi qorumaq şansını əldən buraxmamaqda dilə gətirəcəklər.” Bu Azərbaycanın müzəffər Ali Baş Komandanının timsalında xalqımızın sülhpərvərliyinin təcəssümüdür. 

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Ermənistan qonşu ölkələrdən torpaq iddialarına son qoyarsa Cənubi Qafqazda sülh yaranar. Əslində ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.