YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı tərəfdaş

Moldovanın nüfuzlu KİV-ləri martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna geniş yer ayırıb.

“Realitatea”, “Rupor”, “Jurnal1”, “Noi” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun rəsmi açılışındakı çıxışındakı fikirlər işıqlandırılıb.

Məqalələrdə dövlət başçımızın çıxışına istinadla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, hazırkı geosiyasi vəziyyətdə Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində etdiyi yardım, ixrac boru kəmərlərinin genişləndirilməsində Azərbaycanın atdığı addımlar vurğulanıb. Azərbaycanın Avropanın etibarlı tərəfdaşına çevrildiyi qeyd olunub.

DİGƏR Xəbərlər Arxiv