YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli həyat yolu

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Timiryazev qəsəbəsində Vətən müharibəsi şəhidi Xələfov Cəmil Fikrət oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Cəmil Xələfovun şərəfli həyat və döyüş yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamlarına əsasən şəhid Cəmil Xələfov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.