YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqibəti Ruben kimi olacaq!

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Ruben Vardanyanın Azərbaycan torpaqlarından qaçaraq Moskvaya sığınması Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin qətiyyətinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə humanistlik göstərərək Qarabağ ermənilərinə Azərbaycan qanunları daxilində sülh və inkşaf şəraitində yaşamağı təklif etmişdi. Lakin Azərbaycan tərəfinin bu humanist təklifi, Ruben Vardanyanın şirin vədlərə aldanması, şəxsi maraqlarını  erməni xalqından üstün tutması nəticəsində cavabsız qalmışdır.

Vardanyanın hansı şəraitdə qaçması məlum olmasa da məlum olan odur ki, o çox biabırçı şəkildə - ya sülhməramlılara məxsus avtomobilin yük yerində çirkli geyimlərin arasında gizlənərək, ya da qadın libası geyinərək aradan çıxmışdır. Əslində bu fakt bir daha onu göstərir ki, şirin vədlərə aldanaraq Azərbaycan torpaqlarında təxribatlar yaratmaq, separatçılıq meyillərini gücləndirmək istəyənlərin sonu  heç də yaxşı olmayacaq. Onların sonu ən yaxşı halda Ruben kimi, ya qadın paltarı geyinərək ya da avtomobilin yük yerində çirkli geyimlərin arasında gizlənərək qaçmaqla bitəcək.

Eyni zamanda Vardanyanın qaçması ilə bağlı digər bir məsələyə də diqqət çəkmək yerinə düşərdi. Belə ki, Vardanyanın Azərbaycan torpaqlarından qaçması həm də Ermənistandakı mövcud revanşist qüvvələrin xislətini ortaya qoymuş oldu. Yəni bu revanşist qüvvələr öz mənafeləri üçün istənilən addımı atmağa, xalqı aldatmağa belə hazırdırlar. Planları alınmadıqda isə öz millətlərini qoyub qaçmağa, aradan çıxmağa belə “qadirdirlər”. Çünki Ermənistandakı revanşist qüvvələr üçün Ermənistan xalqı heç bir əhəmiyyət kəsb etmir.

Vardanyanın Azərbaycan torpaqlarından qaçması bir daha bu torpaqların əsl sahiblərinin kim olduğunu göstərmiş oldu. Yaxşı olardı ki, Ermənistandakı revanşist qüvvələr bu olanlardan nəticə çıxarsın. Əgər onlar da yük maşınında çirkli paltarlar arasında gizlənərək və ya qadın libası geyinərək aradan çıxmaq istəmirlərsə revanşist və seperatçı düşüncələrdən əl çəkməlidirlər.

Dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan xalqının iradəsi və gücü qarşısında heç bir qüvvə tab gətirə bilməz. Budur Xalq-İqtidar birliyi, budur Dəmir yumruğun qüdrəti. Birliyimiz və qətiyyətimiz bizləri hələ çox qələbələrə aparacaq.

DİGƏR Xəbərlər Arxiv