YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı üzgüçülər “Bakı-2015” birinci Avropa Oyunlarının qızıl medalları uğrunda mübarizə aparacaqlar

Rusiyalı üzgüçülər “Bakı-2015” birinci Avropa Oyunlarının qızıl medalları uğrunda mübarizə aparacaqlar.

Bu sözləri üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Anatoliy Juravlyev deyib.

Birinci Avropa Oyunlarında yeniyetmələrdən ibarət komandanın mübarizə aparacağını bildirən baş məşqçi heyətin iyunun 20-də Bakıya gedəcəyini diqqətə çatdırıb.

A.Juravlyev deyib: “Yetirmələrim Avropa birinciliyində ümumi komanda hesabında birinci olmuşdu. Ümid edirəm ki, “Bakı-2015”-də də bu uğurumuzu təkrarlayacağıq. Birinci Avropa Oyunlarında britaniyalı və italiyalı atletləri ciddi rəqib kimi görürəm. Avropa Oyunlarında iştirak edəcək bəzi idmançılar bir müddət sonra Kazanda təşkil olunacaq dünya çempionatında da yarışacaqlar. Düşünürəm ki, yetirmələrim ciddi sınaq qarşısındadırlar”.

Qeyd edək ki, birinci Avropa Oyunlarında üzgüçülük yarışları iyunun 23-27-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq. İdmançılar 42 dəst medal uğrunda mübarizə aparacaqlar.

 

DİGƏR Xəbərlər Arxiv