YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada “Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə və Azərbaycan-Türkiyə qardaşlıq parkına ekskursiya təşkil olunub.

Heydər Əliyev Mərkəzində gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Liderin həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumat verilib. Gənclər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra ekskursiya Azərbaycan-Türkiyə qardaşlıq parkında davam etdirilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərlərin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib. Qeyd edib ki, Ulu Öndərimizin “bir millət, iki dövlət” adlandırdığı Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də ölkələrimiz arasında olan münasibətlər dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır.

F.Hüseynova vurğulayıb ki, tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkə daim bir-birini dəstəkləyib.

DİGƏR Xəbərlər Arxiv