YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gəncləri Günü Şamaxıda qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov bildirib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib.

Şamaxı rayon İcra Hakmiyyəti Başçının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova və Şamaxı şəhər 6 saylı tam orta məktəbində həmkarlar komitəsinin ilk təşkilat sədri Ruhiyyə Əsgərova çıxışlarında bildiriblər ki, bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir.

Sonda bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.