YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycan Dövlətinin gənclərə qayğısı Heydər Əliyev siyasətinin davamıdır"

Fevralın 1-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Azərbaycan Dövlətinin gənclərə qayğısı Heydər Əliyev siyasətinin davamıdır" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Ümummilli Liderimiz Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin gələcəyinə və gənclər siyasətinə verdiyi töhfələrdən danışıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin uğurunun göstəricisidir ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz üzərinə düşən vəzifəni - Vətən borcunu layiqincə yerinə yetirməklə şərəf və ləyaqət simvoluna çevrilib. Bu, Prezident İlham Əliyevin siyasətinin böyük uğuru, xalqımızın isə qürur mənbəyidir.

Daha sonra gənclər çıxış edərək, onlara göstərilən diqqətə və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəal gənc fəxri fərmanla təltif olunub.