YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda Azərbaycan Gəncləri Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı, Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatnın sədri Kamil Qurbanlı, Biləsuvar RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, SHXÇDX-nın rayon şöbəsinin rəisi Nağı Cəfərov, Vətən müharibəsi qaziləri və rayonun bir qrup fəal gənci iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev Azərbaycanda “Gənclər Günü”nün elan olunmasının tarixi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. 

Biləsuvar RİH başçısının müavini Ləman Yüzbaşova çıxış edərək dövlət gənclər siyasətinin icrasından irəli gələn məsələlər və rayonda bu istiqamətdə görülmüş işlər barədə danışıb.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı cəmiyyətimizin avanqardı olan gənclərin vətənpərvər, milli adət və ənənələrimizə bağlı ruhda tərbiyə aldıqlarını vurğulayıb. K.Qurbanlı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan və tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmizi məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin möhkəmləndirdiyi gənclər siyasətinin məntiqi nəticəsi adlandırıb.

SHXÇDX-nın rayon şöbəsinin rəisi Nağı Cəfərov çıxış edərək biləsuvarlı gənclərin hərbi xidmətdə, dövlət idarəçiliyi işində, eləcə də ən müxtəlif sahələrdə həmişə nümunə olduqlarını bildirib.

Sonda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti ilə bağlı videoçarx nümayiş olunub. 

DİGƏR Xəbərlər Arxiv