YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rus icmasının nümayəndəsi İvan Romanenko: Qarabağı lazımsız şəxslərdən təmizləmək lazımdır

Biz buradayıq və Prezidentimizin apardığı kursu dəstəkləyirik.

Bu barədə Azərbaycanın Rus icmasının nümayəndə heyətinin tərkibində Şuşaya, Laçın-Xankəndi yolunda keçən aksiya iştirakçılarının tələblərini dəstəkləməyə gələn Azərbaycan Kuban Kazakları Birliyinin təmsilçisi İvan Romanenko bildirib.

Onun sözlərinə görə, Qarabağı Xankəndidə qanunsuz olaraq yaşayan lazımsız şəxslərdən təmizləmək lazımdır.

“Bizim missiyamız yeraltı sərvətlərimizin dağıdılmasına, ekologiyaya ziyanın vurulmasına qarşı etiraz edənlərin hədəfləri ilə həmahəngdir”, - deyə İ.Romanenko qeyd edib.

İ.Romanenko bildirib ki, dünyanın hər yerində başqa ölkənin ərazisində hər hansı iş aparılarkən bu torpağın sahibindən icazə alınması barədə qanunlar mövcuddur. Bu torpağın sahibi isə Azərbaycan dövlətidir. “İndi baş verənlər adi oğurluqdur və bunu törədənlər Azərbaycan qanunları çərçivəsində cəzalanmalıdırlar”, - deyə İ.Romanenko bildirib.

İcma təmsilçisi erməni dilində xüsusi verilişin hazırlanmasını təklif edib. Dinc erməni sakinlərini ölümə sürükləyən oliqarxların təsiri altına düşmələrini bu veriliş vasitəsilə Xankəndi sakinlərinə başa salmaq lazımdır.

“Normal yaşayın, Azərbaycanın vətəndaşlığını qəbul edin, Prezidentimizin dediyi kimi, biz sizi bütün sosial proqramlarla təmin edəcəyik”, - deyə sonda İ.Romanenko vurğulayıb.