YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan- Misir münasibətləri yüksələn xətlə inkşaf edir

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Tarixən Azərbaycan və Misir dövlətləri bir-biri ilə dostluq və qardaşlıq münasibətlərində olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanla Misir arasındakı münasibətlər dinamik şəkildə inkşaf etmişdir. Eyni zamanda ölkələrimiz hər zaman beynəlxalq miqyasda bir-birini dəstəkləmişdir.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafına böyük təkan verəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında səmərəli görüşlər keçirildi. Keçirilən görüşlər iki ölkə arasındakı mövcud əlaqələrin inkşafına və əməkdaşlıqda yeni perspektiv sahələrinin yaranmasına böyük töhfə verəcək.

Ölkə başçımız İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın Ermənistana dəfələrlə sülh təşəbbüsü irəli sürməsini qeyd etdi. Eyni zamanda Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycanın təkbaşına BMT qətnamələrini icra edərək işğala son qoyduğunu və ədaləti bərpa etdiyini vurğuladı. Bəli, Ermənistanın illər ərzidə ölkəmizə qarşı işğalçılıq və terror siyasəti həyata keçirməsinə baxmayaraq Azərbaycan tərəfi bir erməni sivil vətəndaşın burnu belə qanamadan 21-ci əsrin müharibəsini aparaq, BMT qətnamələrini, ədaləti və öz ərazi bütövlüyünü bərpa etdi. Bütün bunlar Azərbaycanın və Prezident İlham Əliyevin humanist siyasətinin göstəricisidir.

Eyni zamanda səfər zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari və digər sahələrin də inkşafı ilə bağlı geniş müzakirələr aparıldı.

Bu gün Azərbaycanda müdrik və uğurlu xarici siyasət kursu həyata keçirilir. Bunun da nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Ölkəmizin inkşafı, xoşbəxt gələcəyi və Azərbaycanın dünyada nüfuzunun, qüdrətinin artması naminə ölkə başçımız İlham Əliyev gecə gündüz yorulmadan çalışır.