YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Davosda Orta Dəhlizlə bağlı suallara bitkin cavabları

Elman Nəsirov

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Azərbaycan Respublikasıının Prezidenti İlham Əliyev yanvar ayının 19-da Davos  Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzüsünda panel iclasında iştirak etmiş və tədbir çərçivəsində moderatorlar təfərindən ünvanlanan sualları cavablandırmışdır. Bu suallar ilk növbədə Orta Dəhliz və onun yaratdığı imkanları və bu prosesdə Azərbaycanın yeri və rolu ilə bağlı məsələləri əhatə etmişdir.

Cənab Prezident Orta Dəhliz lahiyəsinin üstünlüklərinə toxunaraq vurğulamışdır ki, bu lahiyədə iştirak edən ölkələr arasında çox yaxşı münasibətlər mövcuddur və bu cəhət nəticə etibarilə istənilən təşəbbüsün uğurunu şərtləndirən mühüm amildir. Cənab Prezident xüsusilə Azərbaycanın Qərbdən Gürcüstan və Türkiyə ilə, Şərqdən isə Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq və dostluq münasibətlərində olduğunu və bu amilin “Orta Dəhliz”  lahiyəsinin reallaşdırılması üçün geniş imkanlar pəncərəsi açdığını vurğulamışdır.

Bundan savayı, ölkə Prezidenti bu tip nəhəng lahiyələrin reallaşdırılması üçün Azərbaycanın unikal infrastruktur potensialına malik olduğunu qeyd etmişdir. Elə bu məqsədlə də ölkəmizin Beynəlxalq Xəzər Dəniz Ticarət Limanındakı yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona  genişləndirməsinin hədəf seçildiyini qeyd etmişdir. Eyni zamanda dövlətimizin başçısı vurğulamışdır ki, bu məqsədə nail olmaq üçün artıq müvafiq maliyyə vəsaiti də ayrılmışdır. Bütün atılan addımalar  nəticə etibarilə yüklərin Çindən Mərkəzi Asiyaya, oradan Xəzər dənizinə, Xəzər dənizindən isə Avropaya nəqli üçün çox gözəl imkanlar yaradacaqdır.

Eyni zamanda cənab Prezident bu lahiyə çərçivəsində enerji təhlükəsizliyi məsələlərinə də diqqəti cəlb etdi və Azərbaycan hal-hazırda Avropanın enerji təhlükəsizliyinə çox böyük töhvələr verdiyini faktlarla əsaslandırdı. İlk növbədə qeyd etdi ki, Azərbaycanın TANAP  lahiyəsi çərçivəsində 16 milyard m3, TAP  lahiyəsi çərçivəsində isə 10 milyard m3 qazı ixrac edir. Yeni reallıqların təsiri altında hər iki marşrut üzrə ixracın 2 dəfə artırılması nəzərdə tutulur. TANAP –ın ötürmə qabilliyətini 16 milyard m3 – dən 32 milyard m3 -ə , TAP-ın ötürmə qabilliyətini isə 10 milyard m3 – dən 20 milyard m3 -ə çatdırmaq niyyətindəyik

Avropa İttifaqı ilə 2022-ci ilin iyul ayının 18-də imzalanmış məlum memoranduma əsasən artıq Avropa İttifaqına qaz ixracı 2027-ci ildə minimum 20 milyard kub metrə çatacaqdır. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqı ölkələrinə 2021-ci ildə 8.2 milyard m3 qaz ixracı rerallaşdırılmşdır,  2023-cü ildə isə bu rəqəmin 11.6 milyard m3-a çatdırılması planlaşdırılır. Cari ildə ümumən 24 milyard m3 qaz ixracının həyata keçirilməsi hədəf seçilmişdir.

Eyni zamanda Cənab İlham Əliyev “yaşıl enerji” ilə bağlı məsələlərə aydınlıq gətirərək  qeyd etdi ki, hal-hazırda Xəzər dənizində 157 qiqavat külək enerji potensialımız vardır, quruda isə bu rəqəm 27 qiqavata bərabərdir. Həmçinin işğaldan azad olunmuş ərazilərin  isə 10 qiqavat enerji potensialı mövcuddur.  Cənab Prezident Azərbaycanın ümumilikdə bərpa olunan enerji potensialının təxminən 200 qiqavat-a bərabər olduğunu vurğuladı. Bu o deməkdir ki, dünya Azərbaycanı yalnız ənənəvi olaraq neft və qaz ölkəsi kimi deyil, eyni zamanda böyük  bərpa olunan enerji mənbəyinə malik ölkə kimi də  görür və qiymətləndirir.

Təsadüfi deyildir ki, məhz bu geniş potensialın  məntiqi nəticəsi olaraq keçən ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında”  imzanlanmış dördtərəfli saziş Rumıniyaya Qara dənizin dibi ilə sualtı elektrik xətti vasitəsilə Azərbaycanın 4 qiqavat gücündə elektrik enerjisinin çatdırılmasını nəzərdə tutur.

Beləliklə,atılmış mühüm addımların nəticəsi olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi tohfənin miqyası həcm və diversifikasiya baxımından daha da genişlənəcəkdir. Ölkəmizin beynəlxalq mövqeləri də adekvat olaraq güclənəcəkdir.

DİGƏR Xəbərlər Arxiv