YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqına başsağlığı verib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb.

Ersin Tatar tviter hesabında etdiyi paylaşımda bu xain hücumu şiddətlə pisləyərək, Şimali Kipr Türk Respublikasının daim Azərbaycan dövlətinin yanında olduğunu vurğulayıb: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, hücum nəticəsində həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olsun, Azərbaycan”.