YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən ölkəmizdə Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssisləri tərəfindən “Partlayış təhlükələri haqqında məlumatlandırma” üzrə təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlim kursunun keçirilməsində əsas məqsəd partlayıcı sursatların qalıqları ilə tanışlıq, onlarla davranış qaydaları, minalanmış ərazinin işarələnməsi və yaralıların həmin ərazilərdən təxliyəsi, həmçinin gələcəkdə bu təlimin öz mütəxəssislərimiz tərəfindən keçirilməsinin metodlarını tədris etməkdən ibarətdir.

Hərbi qulluqçularımızın iştirakı ilə keçirilən kurs 2023-cü ilin fevralın 4-dək davam edəcək.

Qeyd edək ki, təlim kursu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də "Qaraheybət" Təlim Mərkəzində nəzəri və praktiki olaraq keçirilir.